İngilis funtu dəyərdən düşür - Məzənnə
Tarix: 10-07-2019 15:12 | Bölmə: Xəbərlər
İngilis funtu dəyərdən düşür

Böyük Britaniyanın milli valyutası - ingilis funt sterlinqi ABŞ dolları və dünyanın digər aparıcı valyutaları qarşısında ucuzlaşmağa başlayıb. Bu barədə "Bloomberg" agentliyi xəbər verib.

Bildirilib ki, iyunun 24-də 1,27 dollara mübadilə edilən 1 funt sterlinqin nisbəti bu gün 1,24 USD/GBP -ə düşüb. Bu da 2017-ci ilin aprel ayından bəri ən aşağı həddir.

Ekspertlər funt sterlinqin dəyərdən düşməsini Böyük Britaniya iqtisadiyyatının zəifləməsi ilə əlaqələndirir. Xüsusilə, bu ölkədə pərakəndə ticarət satışları 2012-ci ildən bəri ən aşağı səviyyədədir.

Ucuzlaşmada Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi, baş nazir Tereza Meyin istefa verməsinin də təsiri inkar edilmir.

Qeyd edək ki, ingilis funtu son günlərdə Azərbaycanda da ucuzlaşmağa başlayıb. Mərkəzi Bankın məlumatına görə, iyulun 1-də 1 funt sterlinq 2.16 manata mübadilə edilib. Ötən gün bu nisbət 2.12 AZN/GBP, bu gün isə 2.11 AZN/GBP olub.

Xatırladaq ki, Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin 5 faizi ingilis funt sterlinqində saxlanılır.

Tarix - Kurs


10/07/2019 - 2.1174

09/07/2019 - 2.1270

08/07/2019 - 2.1302

05/07/2019 - 2.1390

04/07/2019 - 2.1395

03/07/2019 - 2.1401

02/07/2019 - 2.1484

01/07/2019 - 2.1592.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}