27 qida əlavəsinə mənfi rəy verilib - Siyahı
Tarix: 11-07-2019 14:31 | Bölmə: Xəbərlər
27 qida əlavəsinə mənfi rəy verilib

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin may – iyun aylarında 27 Bioloji Fəallığa Malik Qida Əlavəsinə (BFMQƏ) mənfi rəy verib.

Analitik Ekspertiza Mərkəzinin məlumatında bildirilir ki, may ayında “Aminovit” (şərbət, Hindistan), “Bilkon” (kapsul, Ukrayna), “Brucuf” (məhlul, Hindistan), “Detricol” (məhlul, Hindistan), “Ekavit” (tablet, İtaliya), “Eredex” (kapsul, Banqladeş), “Evit Forte” (kapsul, Serbiya), “Eyetiger” (göz damcısı, Türkiyə), “Fohow Gaoqian” (tablet, Çin), “Gintex” (kapsul, Banqladeş), “Helmizin” (şərbət, Böyük Britaniya), “Lemolax” (mikro-imalə, İtaliya), “Seda Ver” (kapsul, Ukrayna), “Semyn 100” (tablet, İtaliya), “Ultra Mens sport” (tablet, Böyük Britaniya), “Uplink” (məhlul, İspaniya), “Urocys” (kapsul, Çexiya), “Venatura Selenium” (tablet, Türkiyə) və “Zarim” (gel, Serbiya) bioloji qida əlavələrinə mənfi rəy verilib.

İyun ayında isə “Pantefluks 5%” (sprey, Makedoniya), “Feroglobin B12” (kapsul, Böyük Britaniya), “Neurozan Plus” (tablet, Böyük Britaniya), “Balıq Yağı Vitamin” (A, D, E ilə kapsul, Rusiya), “Pregnacare” (tablet, Böyük Britaniya) və “Feroglobin Fızz” (tablet, Böyük Britaniya) ilə bağlı müraciətlər də mənfi cavablandırılıb.

Qeyd edək ki, AEM Bioloji Fəallığa Malik Qida Əlavələrinin, tibbi və kosmetoloji ləvazimatların ekspertizasını həyata keçirir.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}