16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Nazir: "Müəllim olmaq istəyən kişilərin sayı artıb"
Tarix: 12-07-2019 12:17 | Bölmə: Xəbərlər
Nazir: "Müəllim olmaq istəyən kişilərin sayı artıb"

"Azərbaycanın təhsil sistemində, məktəblərdə qadınlar üstünlük təşkil edir".

Bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təhsil sistemində çalışan kişilərlə qadınların nisbətinin qısa müddət ərzində bərabərləşəcəyini gözləmək düzgün olmaz: "Biz kişilərin də müəllimlik peşəsinə olan maraqlarını müşahidə edirik. Son illər müəllim olmaq istəyən kişilərin sayında da artım var. Biz bunu böyük məmnunluq hissi ilə qarşılayırıq. Təbii ki, hər zaman balansın qorunması vacib məsələlərdən biridir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}