17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Goranboyda iki polis əməkdaşı güllələnib?-Yenilənib
Tarix: 13-07-2019 01:09 | Bölmə: Xəbərlər
Goranboyda iki polis əməkdaşı güllələnib?-Yenilənib

Goranboy rayonunda iki polis əməkdaşının güllələnməsi barədə məlumat yayılıb.

Reyting.az
-ın xəbərinə görə, bu barədə BakuPost məlumat yayıb. İddia olunur ki, hadisə rayonun girişində baş verib. Hər iki yaralının ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisə ilə bağlı yaxın zamanlarda məlumatın yayılacağı qeyd olunur.

***
Goranboyda baş verən silahlı insident nəticəsində üç nəfər xəsarət alıb. Hadisə rayonun Goran qəsəbəsində olub.


Hadisə nəticəsində Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Təbriz Xaliq oğlu və Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Səfər Nəsir oğlu xəsarət alıblar. Hadisənin Vüsal Kərimovla Təbriz Əmrahov arasındakı mübahisə zəminində baş verdiyi bildirilir.

Məlumata görə, V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır. Yaralılar Goranboy rayon xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma başlanılıb.

***

Goranboyda iki polis əməkdaşı güllələnib?-Yenilənib

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumatda isə bildirilir ki, ötən gün saat 22:30 radələrində Goran qəsəsbəsi ərazisində xidmət aparan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimova bir vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib.


Dərhal polis əməkdaşı onlara yaxınlaşıb. Bu zaman mübahisə edənlərdən Lətif Əmrahov polis əməkdaşı ilə mübahisə edib, onu yumruqla vuraraq yerə yıxıb. Belə olan halda polis əməkdaşı ona təhkim olunmuş tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb.

Silahdan açılan güllə L. Əmrahova dəyərək onu yaralayıb. Bunu görən L. Əmrahovun qardaşı Təbriz Əmrahov polis əməkdaşının əlindən silahı alaraq onu güllələmək istəyib.

Silahdan atəş açılmadığını görən T. Əmrahov tapançanın qundağı ilə polis əməkdaşının baş nahiyəsinə zərbələr endirib. Hadisə yerinə dərhal Goranboy rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Hadisə iştirakçılarının hamısı saxlanılıb.

Xəsarət alan polis əməkdaşı V.Kərimov və L.Əmrahov xəstəxanaya yerləşdiriliblər. Hər iki şəxsin xəstəxanada polis nəzarəti altında müalicəsi davam edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}