Güclü zəlzələ bu ölkəni şoka saldı
Tarix: 14-07-2019 14:46 | Bölmə: Xəbərlər
Güclü zəlzələ bu ölkəni şoka saldı

İndoneziyanın Şimali Maluku əyalətinin cənubunda 7,3 böyüklüyündə zəlzələ baş verib.

Reyting.az xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi (USGS), Şimali Maluku adasının cənubunda, mərkəz bazası Lauwui şəhərinin 102 kilometr şimal-şərqi olan və 7,3 böyüklüyündəki zəlzələnin 10 kilometr dərinlikdə qeyd edildiyini açıqlayıb.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Qurumu (BMKG), zəlzələnin böyüklüyünün 7,2 bal gücündə olduğunu bəyan edib.

Zəlzələ ilə bağlı hələ ki sunami xəbərdarlığı edilməyib.

2018-ci il sentyabrın 28-də İndoneziyanın Sulavesi adasındakı Palu körfəzində meydana gələn 7,5 böyüklüyündəki zəlzələ və ardınca yaranan sunami Donggala, Palu və Siqi bölgələrinə təsir etmiş, 4 min 340 nəfər həyatını itirmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}