16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Yol qəzasında beş nəfər xəsarət alıb - Siyahı
Tarix: 15-07-2019 00:57 | Bölmə: Xəbərlər
Yol qəzasında beş nəfər xəsarət alıb

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saat 21: 30 radələrində Zaqatala-Qax avtomobil yolunda - rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqataladan Qax rayonu istiqamətində hərəkətdə olan, Lənkəran rayon sakini idarə etdiyi “Mitsubishi Pajero” markalı 90 SG 306 dövlət nömrə nişanlı minik avtomobili ilə Muxax kəndindən baş yola çıxan Zaqatala rayon sakini Zöhrab İsmayılovun idarə etdiyi “Hyundai” markalı 62 BG 565 dövlət nömrə nişanlı minik avtomobil ilə toqquşub.

Qəza zamanı “Hyundai” markalı avtomobildə olan Zaqatala rayonu Yuxarı Çardaqlar kənd sakinləri 2008-ci il təvəllüdlü Emin Rəşad oğlu Əlicanov, 2009-cu il təvəllüdlü Elman Rəşad oğlu Əlicanov, 2005-ci il təvəllüdlü Salman İstanbul oğlu Mirzəyev, sürücünün oğlu 2001-ci il təvəllüdlü İnam Zöhrab oğlu İsmayılov və “Mitsubishi Pajero” markalı avtomobildə olan sərnişin, Lənkəran rayon sakini, 1986-cı il təvəllüdlü Elvin Yasir oğlu Əzimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Tibb müəssisəsindən APA-ya bildirilib ki, hazırda yaralıların xəsarət dərəcəsinin dəqiqləşdirilməsi üçün müayinələr aparılır.

Fakt polis tərəfindən araşdırılır.

Yol qəzasında beş nəfər xəsarət alıb
Yol qəzasında beş nəfər xəsarət alıb
Yol qəzasında beş nəfər xəsarət alıb

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}