16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Antalyada 13 Ukrayna vətəndaşı ölüb - Səbəb
Tarix: 15-07-2019 13:47 | Bölmə: Xəbərlər
Antalyada 13 Ukrayna vətəndaşı ölüb

Antalyanın turizm mərkəzlərində bu ilin may və iyun aylarında 13 Ukrayna vətəndaşının ölümü qeydə alınıb.

Reyting.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə bu ölkənin Antalyadakı konsulu Vyaçeslav Xomenko məlumat verib.

Onun sözlərinə görə, ölənlərin əksəriyyəti yaşlı adamlardır.

“Onlar bura istirahətə gəliblər və səhhətlərinə iqlim şəraitinin necə təsir edə biləcəyini nəzərə almayıblar. Ölümə əsas səbəb ürəktutmasıdır. Bir neçə yaşlı turist dənizə girərək boğulub. Bura müalicəyə gələnlərin də bəziləri müxtəlif tibbi prosedurlara tab gətirməyib. Xərçəng xəstəsi kimi qanlarını təmizlətməyə gələnlər arasında da ölənlər var”, - diplomat söyləyib.

Onun sözlətrinə görə, Ukraynadan istirahətə gələnlərin əsas problemlərindən biri də adi, ümumi davranış qaydalarına əməl etməməkdir. Bu ilk növbədə spirtli içkilərlə bağlıdır. İçkili vəziyyətdə dənizdə çimmək ciddi təhlükə yaradır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}