Evli qadınların 28 faizi uşaqdır – Əfqanıstanda
Tarix: 15-07-2019 16:45 | Bölmə: Xəbərlər
Evli qadınların 28 faizi uşaqdır – Əfqanıstanda

Əfqanıstanda evli qadınların 28 faizi uşaqlıq yaşındadır.

Reyting.az
“İRNA”ya istinadla xəbər verir ki, bunu ölkənin vitse-prezidenti Sərvər Daniş bildirib. Onun sözlərinə görə, ölkədə əksər qadınlar 18 yaşına çatmamış nikaha cəlb olunurlar.

Əfqanıstanda qadınlara qarşı zorakılıq etnik və sosial şəraitdən irəli gəlir. Bunu hökumət səlahiyyətliləri də etiraf etdilər.
Erkən nikahların sayındakı artımını Qadın İşləri üzrə Nazirlik də təsdiqləyib.

Ötən ay açıqlanmış “Əfqanıstan qadınlara qarşı zorakılığın aradan qaldırılması” hesabatına əsasən, təkcə bu ilin birinci rübündə qadınlar əleyhinə 106 zorakılıq altı qeydə alınıb. Bu, əvvəlki illərlə müqayisədə ikiqat artım deməkdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}