Ev yanıb: yanğınsöndürən hadisə yerində həlak olub
Tarix: 15-07-2019 20:00 | Bölmə: Xəbərlər
Ev yanıb: yanğınsöndürən hadisə yerində həlak olub

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində güclü yanğın olub.

İkimərtəbəli yaşayış binasında başlayan yanğın güclü olduğundan ev əşyalarının çıxarılması mümkün olmayıb.

Yanğın zamanı ailə üzvlərinin xəsarət almadığı bildirilir.

Yanğının söndürülməsinə üç yanğınsöndürən briqada, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Yanğının söndürülməsi zamanı yanğınsöndürən həlak olub. Həlak olan yanğınsöndürən 50 yaşlı Gela Melikidzedir. O, xəstəxanaya çatdırılarkən yolda ölüb.

Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidməti bildirib ki, G. Melikidze 20 ildir bu Xidətdə çalışırmış.

Faktla bağlı araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}