16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
XİN vitse-prezidentlə bağlı qərar verdi
Tarix: 16-07-2019 11:38 | Bölmə: Xəbərlər
XİN vitse-prezidentlə bağlı qərar verdi

Polşa Respublikasının vətəndaşı, hazırda həmin ölkənin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Tomaş Paremba Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Reyting.az
XİN-ə istinadla bildirir ki, məktubunda Tomaş Paremba Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirir.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}