16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ağdamda çətənə kolu becərən şəxs tutuldu
Tarix: 16-07-2019 19:26 | Bölmə: Xəbərlər
Ağdamda çətənə kolu becərən şəxs tutuldu

Ağdam rayonunda həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən İmamqulubəyli qəsəbə sakini Azər Allahverdiyev saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi ümumi çəkisi 8 kiloqram 870 qram olan 28 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}