Sosial şəbəkə niyə çöküb? - Nazirlik açıqlama yaydı
Tarix: 17-07-2019 18:21 | Bölmə: Xəbərlər
Sosial şəbəkə niyə çöküb? - Nazirlik açıqlama yaydı

Bu gün bir sıra ölkələrdə sosial şəbəkələrdən istifadədə problemlər yaranıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Reyting.az-a verilən məlumata görə, Azərbaycanda da istifadəçilər "Facebook”, "Instagram” və "Whatsapp” tətbiqlərindən istifadə zamanı problemlərlə qarşılaşıblar. Belə ki, sosial şəbəkələrə giriş mümkün olmayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edir ki, sosial şəbəkələrin işində müşahidə olunan nasazlıq qlobal xarakter daşıyır və yerli telekommunikasiya sistemlərindən, həmçinin mobil operatorlardan qaynaqlanmır.

Populyar internet resurslarının işini təqib edən "Downdetector” xidmətinin məlumatına əsasən, istifadəçilərin 24 faizi sosial şəbəkələrə daxilolma, 75 faizi isə istifadə ilə bağlı problemlə qarşılaşıb.

ABŞ, Monteneqro, Gürcüstan, Serbiya, Bolqarıstan, Yunanıstan, Türkiyə, Bosniya-Hersoqovina, Cənubi Koreya, Makedoniya, İraq, Malayziya, Kipr və digər ölkələrdən olan istifadəçilər "Downdetector” xidmətində adıçəkilən sosial şəbəkələrin çökdüyünü bildirirlər.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}