40 ildir saçını qırxdırmır və başını yumur
Tarix: 17-07-2019 18:39 | Bölmə: Xəbərlər
40 ildir saçını qırxdırmır və başını yumur

Hindistanın Bihar ştatından olan 63 yaşlı Sakal Dev Tuddu saçlarını Allahın xeyir-duası hesab edir.

Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, kişi deyir ki, bir dəfə yuxuda “Allah yanına gəlib” və ona yuyunmamağı tapşırıb.

Sakal Dev Tuddu buna əməl etməyə başlayıb. O vaxtdan 40 il keçir.

“Xalça” kimi yerə sərilən saçlarını başına əmmamə kimi qoyur. O, evdən çıxa bilmir, təmizliyini qorumaq üçün başını ağ parça ilə bağlayır.

Qonşuları Mahatma Ci kimi hörmət əlaməti olaraq sadə həyat tərzi keçirən kişiyə xaça çəkiblər. Sakal Dev Tuddu yerli təbib kimi tanınır. Övladı olmayan cütlüklər onun yanına gəlirlər.

Sakal Dev 30 ildən çox meşə təsərrüfatında işləyib. O, həyat yoldaşı, 3 oğlu, 3 qızı və 7 nəvəsi ilə yaşayır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}