17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Avropada Qarabağ birliyi yaradırlar - Foto
Tarix: 21-07-2019 17:01 | Bölmə: Xəbərlər
Avropada Qarabağ birliyi yaradırlar

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, təşkilatın Ağsaqqallar Şurasının üzvü, Qarabağ döyüşçüsü, şəhid atası Əkbər Rüstəmov Qarabağ həqiqətlərinin təbliği çərçivəsində Avropada səfərdədirlər.


QAT-ın mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, artıq Almaniyanın Köln şəhərində A. Nağı və Ə. Rüstəmovun iştirakı ilə Qarabağ məsələsinə dair müzakirələr aparılıb. Müzakirəyə Almaniya, İsveç, Belçika və digər ölkələrdən də soydaşlarımız qatılıb.

Müzakirələrin gedişində Qarabağ ətrafında təşkilatlanmaq, Qarabağ həqiqətlərinin təbliği və digər məsələlər müzakirə edilib, qərarlar qəbul olunub. Qüvvələri cəmləşdirmək, bunun üçün yeni forma və metodlardan istifadə etmək, bütün dünyada yaşayan azərbaycanlıların bir araya gətirilməsi səyləri daha da artırmaq, Avropada davamlı şəkildə müxtəlif tədbirlər təşkili və digər məsələlər müzakirə olunub.

Toplantı iştirakçıları iyulun 20-də Bonn şəhərində BMT nümayəndəliyi qarşısında keçirilən aksiya ilə bağlı məsələləri də müzakirəyə çıxarıb, təhlil, analiz ediblər və həmin aksiyanı uğurlu tədbir kimi dəyərləndiriblər. Ümumi mövqe bu olub ki, bu istiqamətdə fəaliyyət geniş, əlaqəli şəkildə, birlikdə davam etdirilsin.

Toplantıda Akif Nağı, Əkbər Rüstəmov, Kənan Hacıəkbəroğlu, Nizami Tağıyev və digərləri çıxış edərək təklif və fikirlərini səsləndiriblər.

Avropada Qarabağ birliyi yaradırlar

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}