11:04 / 19-04-2024
Milli Məclisin növbəti iclası başlayıb
10:59 / 19-04-2024
Kamran Həsənli “Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var”
10:48 / 19-04-2024
S&P İsrailin kredit reytinqini aşağı salıb
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
10:17 / 19-04-2024
Kluba ayrılan pullar mənimsənilib, oyun "satış"ı iddiası var - "İrəvan"da "xal" qalmadı...
09:59 / 19-04-2024
Avstraliya vətəndaşlarını İsraildən çıxmağa çağırıb
09:47 / 19-04-2024
"Fənərbağça"nın baş məşqçisi: "Azarkeşlərimizdən utandıq"
09:37 / 19-04-2024
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
09:31 / 19-04-2024
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
09:19 / 19-04-2024
Bu gün səhərə yaxın İsrail İrana zərbələr endirib
09:00 / 19-04-2024
Sumqayıtda oğul ata və anasını öldürüb
01:02 / 19-04-2024
Konfrans liqası: "Fiorentina" 2 qolla qələbə qazanıb
00:35 / 19-04-2024
"Arsenal" türk oyunçunu "radar"a salıb
00:01 / 19-04-2024
ABŞ Fələstinin BMT-yə tam üzvlüyünə “yox” deyəcək
23:01 / 18-04-2024
Türkiyədə üç ard-arda güclü zəlzələ olub
21:24 / 18-04-2024
Bakıda litvalı dənizçi haqqında sənədli film nümayiş olunub
19:04 / 18-04-2024
Respublika Pediatriya Mərkəzi yaradılıb
18:49 / 18-04-2024
Narkokuryer Hacıqabulda 12 kq narkotiklə saxlanılıb
18:03 / 18-04-2024
Bakıda qətl: Elvin Əsədovun cinayət işi məhkəməyə göndərilib
17:55 / 18-04-2024
ABŞ və Britaniya İrana qarşı sanksiyaları genişlənidirib
17:44 / 18-04-2024
Əfv edilənlərin içində niyə qadınlar az olur? - Açıqlama
17:40 / 18-04-2024
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
17:36 / 18-04-2024
Hacıqabulda qatar qadını vurub
16:31 / 18-04-2024
Makronun sözü ilə əməli uyğun gəlmir
16:29 / 18-04-2024
Səməd Seyidov: "Yeni Kaledoniyanın müstəqilliyini əldə edəcəyinə inanırıq"
16:15 / 18-04-2024
Prezident Nyu-Yorkda keçmiş prezidentlə görüşüb
16:01 / 18-04-2024
Bakıda iki nəfər dəm qazından ölüb
15:52 / 18-04-2024
Daha iki bankın əmlakları hərraca çıxarılıb
15:46 / 18-04-2024
Qubad İbadoğluya yekun ittiham aktı elan edilib
15:29 / 18-04-2024
Zəngilanda silah-sursat aşkarlanıb
18:06 / 14-04-2024
İordaniya Kralı COP29-a dəvət olunub
00:02 / 15-04-2024
Ceyhun Bayramov Özbəkistana gedib - Yenilənib
20:08 / 15-04-2024
Rusiya Ukrayna ilə savaşa özgələri göndərir
23:11 / 14-04-2024
Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14:18 / 14-04-2024
Azərbaycan və İordaniya müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalayıb
18:51 / 15-04-2024
“Şəhid Əhməd – Oğluma məktub” filminin təqdimatı keçirilib - Fotolar
22:33 / 14-04-2024
İsrail prezidenti: "Bu, əsil müharibə elanıdır"
15:07 / 17-04-2024
Hikmət Hacıyev: “Sülhməramlıların Azərbaycandan çıxarılması barədə qərar qəbul edilib”
13:58 / 16-04-2024
Agentlik sədri vəzifədən azad edilib - Yeni təyinat
14:31 / 14-04-2024
Paris-2024: Azərbaycan millisi lisenziya qazanıb
10:57 / 18-04-2024
60 milyard dollarlıq yardımın önü açılır
13:03 / 15-04-2024
Məşhur aktyor kinodan qovulub
Çingiz Qənizadə ittihamlara cavab verdi
Tarix: 06-08-2019 12:15 | Bölmə: Xəbərlər
Uzun müddət davam edən susqunluqdan sonra tanınmış hüquqşünas Adil İsmayılov sosial şəbəkələrdə aktivlik nümayiş etdirməyə başlayıb və ötənlərə ekskurs edərək hadisələri öz baxış bucağından təqdim edir.
Bu dəfə o millət vəkili, AXC iqtidarı dönəmində Bakı şəhər prokuroru olan Çingiz Qənizadənin bostanına daş atıb.
Modern.az onun statusunu olduğu kimi təqdim etməklə bərabər Çingiz Qənizadənin də cavab haqqına hörmət edərək onun ittihamlara münasibətini öyrənib. Yəni əvvəlcə hüquqşünasın ittihamını, sonra isə bu ittihama millət vəkilinin cavabını oxuculara təqdim edirik:
“İndi danışacağım əhvalatın ağlamalı, yoxsa gülməli olmasına özünüz qiymət verin. 1992-ci il Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövr idi. Çingiz Qənizadə (o vaxt Qəniyev idi) Bakı şəhərinə yenicə prokuror təyin edilmişdi, mən də bir il idi ki, vəkillik edirdim. Qənizadə prokuror vəzifəsinə təsadüf nəticəsində düşmüş adam olduğundan (bu təyinatın tarixçəsini mənə onun səbəbkarı olan hörmətini saxladığım və inandığım bir nəfər danışıb, istəsə Çingiz özü danışa bilər) və yəqin işi bilmədiyi üçün qısa zaman kəsiyində bir neçə dəfə toqquşmuşduq.
Çətin anlarımda mənə yaxşılığı keçmiş bir tanışım, zəng edərək Bakı şəhər prokuroru Qəniyevin onun bacısı oğlunu həbs etdiyini danışdı. Əhvalat belə olmuşdu. DAM-da (indiki YPX) işləyən bacıoğlu bir iş yoldaşı ilə CƏNGİ aşırımında polis maşınında növbə çəkirmiş. Onlar bir Yiquli avtomobilini saxlayırlar. Maşın ağzınacan ayaqqabı ilə dolu olur, sürücü və sərnişin oturduqları yerdən başqa. Məlum olur ki, sürücü və sərnişini Ağdaş rayon sakinləridir, indiki dillə desək iş adamlarıdı, o vaxt bunlara alverçi deyərdilər. Leninqraddan (İndiki Sankt-Peterburqdan) gəlirlər, satmaq üçün ayaqqabı gətiriblər və onları aeroportda öz maşınlarına yükləyib Ağdaşa evlərinə gedirlər. Adamlar dədə-baba qaydasında polislərə pul vermək istəmədikləri üçün qohum olduqları Çingiz Qənizadənin adını verirlər. Polislər də deyir ki, belə prokuror tanımırıq. Bundan sonra polis qardaşlar hərəsi bir cüt ayaqqabı götürür və maşını buraxırlar. Bu hadisə həftənin 5-ci günü olur. Bazar günü Çingiz müəllim (o vaxt bəy idi) Ağdaşa hansısa mərasimə gəlir. Orda qohumları Çingizə şikayətlənir ki, bəy, sən necə prokurorsan, QAİ səni saymır. Mimino kinosunda olduğu kimi “QAİ tebya ne uvajayet”. Çingiz bəy də birinci gün işə çıxan kimi yol polisinin həmin əməkdaşlarını, soyadları indiki kimi yadımdadı, bacıoğlu Piriyev, o biri isə Xaspoladov idi, Bakı prokurorluğuna kabinetinə gətizdirib, paqonlarını sökür və hər ikisini həbs edir. Mənə olan zəngdən sonra bacıoğlunun valideynləri ilə müqavilə bağlayıb Qənizadənin qəbuluna getdim. Dedim ki, Çingiz bəy, qanunsuz hərəkət etmisiniz, adamları qanunsuz tutmusunuz. Soruşdu ki, niyə? Dedim Bakı şəhər prokurorunun Abşeron rayonu ərazisində baş verən hadisyə görə adam tutması qanunaziddir. Əvvəl tam ciddi “olmazmı” soruşdu, sonra isə yaxşı etmişəm dedi. Mən heç nə demədən sağollaşıb getdim, ertəsi gün Baş prokuror mənim şikayətimlə işi Bakı prokurorluğundan alıb ərazi aidiyyəti üzrə Abşeron rayon prokurorluğuna (prokuror Vahabzadə idi) göndərdi. .. Bir şeyi deməsəm ürəyim partlayar:) İndi hər dəfə Qənizadə qanundan, qanunçuluqdan ağızdolusu danışanda üzümdə təbəssüm yaranır və o hadisəni xatırlayıram".
İndi isə Çingiz Qənizadənin məsələyə özəl münasibətini təqdim edirik:
"Belə bir hadisəni xatırlayıram, amma çox təəssüf ki, Adil İsmayılovun dediyi kimi deyil. Ola bilsin o, hər bir hadisəyə öz prizmasından baxır və zaman keçib, xeyli müddət ötüb, görünür, hadisə və faktları təhrif edir, ya da sadəcə yadından çıxıb. Amma mən A.İsmayılovdan özümə qarşı bu cür münasibətin, bu cür təhrif olunmuş ifadələrin və fikirlərin yönləndirilməsinə heç cür inana bilməzdim.
Həqiqətən də iki nəfər Ağdaş rayon sakini Bakı Şəhər Prokurorluğuna gələrək mənimlə görüşmək istədiklərini bildirdilər. Təbii ki, mən onları qəbul etdim, çünki o vaxt şəhər prokurorluğunun qəbuluna düşmək asan idi. Onları dinlədim və məlum oldu ki, aeroportdan gəlib evlərinə gedərkən Cəngi deyilən ərazidə polis postunda yox, elə yolun ortasındaca polis əməkdaşları onları saxlayaraq maşında ailələrinə aid olan çantaları bir-bir açıb töküblər və hətta onlardan biri şikayət etməsinin səbəbinin məhz bu fakt olduğunu bildirərək dedi ki, bağlamaların birində qadınlara məxsus alt paltarları var idi və onu açanda xahiş etdik ki, bunlar qadınlara məxus paltarlardı, onları açmayın. Amma polis əməkdaşları onları da açdılar. Bu da hər iki şikayətçiyə çox böyük təsir etmişdi. Sonra isə polis əməkdaşları maşından iki cüt ayaqqabı götürüblər. (Yeri gəlmişkən, həmin polis əməkdaşlarından biri o vaxtkı daxili işlər nazirinin müavininin bacısı oğlu, digərinin qardaşı isə Xızı rayon prokurorluğunun yüksək çinli əməkdaşı olub).
Həqiqətən də maşında bir neçə cüt ayaqqabı olub. Polis əməkdaşları bundan sonra onları buraxıblar. Təbii ki, onların əməlində heç bir kriminal yox idi və A.İsmaylovun dediyi kimi təyyarə ilə bir maşın ayaqqabı gətirmək də qeyri-mümkün idi, o vaxt bu CM-də məsuliyyət yaradırdı və A.İsmayılov bir maşın ayaqqabı deməklə əslində özü-özünü təkzib edir. O vaxt 2-3 cüt ayaqqabı olanda artıq bu alver kimi qiymətləndirilirdi və cinayət məsuliyyəti yaradırdı.
Mən bu adamlara dəfələrlə yaxşı fikirləşmələrini və bunun həqiqət olmasa polisə qarşı sizin tərəfdən qərəzin və s. olduğunu bildirdikdə onlar təkidlə ərizə yazacaqlarını və onlara kömək etməyimin zəruriliyini bildirdilər. Təbii ki, ərazi aidiyyatı üzrə o vaxtki Abşeron rayon ərazisi Bakı şəhər prokuroruluğuna aid deyildi, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə məlumat verdikdən sonra Bakı şəhər Polis idarəsindən bir neçə əməliyyatçı götürməklə iki polis əməkdaşının saxlanılmasını Daxili İşlər Nazirliyi həyata keçirdi. Onlar həbs edildikdən sonra onda şikayətçilər də prokurorluqda idilər və təbii ki, müəyyən olunmuşdu onlar hansı gün növbədədirlər və təsadüfən həmin gün növbədə olduqları günə düşmüşdü. Onları da şəhər prokurorluğuna gətirdilər və Respublika prokurorluğunun əməkdaşları (çünki tərəfin biri polis olduqda bu işin istintaqını istər-istəməz prokurorluq aparır) aidiyyatı üzrə Bakı şəhərindən kənarda olduğuna görə Respublika prokurorluğunun əməkdaşları onları dindirdilər və üzləşdirdilər. Hər iki polis əməkdaşı etdikləri səhvi etiraf edərək ayaqqabıların da evlərində olduğunu bildirdilər. Dərhal əməliyyatçılar onların evlərinə gedərək iki cüt ayaqqabını da maddi sübut kimi tapıb gətirdilər. Bundan sonra bu işin istindaqı ərazi aidiyyatı üzrə Abşeron rayon prokurorluğuna göndərildi və təbii ki, işin üzərində Respublika prokurorluğunun nəzarəti qalmaq şərtiylə.
Lakin A.İsmaylovun təbirincə desək o, müqavilə bağladığı adamların arzu və niyyətini həyata keçirə bilmədi, hər hansı vasitə, vəzifə bu işdə rol oynamadı, həmin iki polis əməkdaşı polis orqanlarından xaric edilərək həbs edildilər. Onlar səhv etmirəmsə üç il müddətinə azadlıqdan məhrum edildilər.
A.İsmaylov yazır ki, həmin vaxt mən bir ildir vəkillik edirdim. A. İsmayılovdan fərqli olaraq mən isə prokuror təyin edilənə qədər Ədliyyə Nazirliyində çalışmışdım, artıq bir neçə il vəkil kimi fəaliyyət göstərmişdim, Vəkillər Kollegiyasının üzvü olmuşdum və A.İsmaylovdan fərqli olaraq həm ali məktəbdə, ondan sonrakı dövrlərdə də öz üzərimdə çalışan bir hüquqşunas kimi həmişə oxumağa, öyrənməyə, bilməyə üstünlük vermişəm və ali məktəbi də yüksək qiymətlərlə bitirmişəm, o, bunu tələbə yoldaşlarımdan da soruşa bilər. Hazırda da hüquq üzrə fəlsəfə doktoruyam və qeyd etməliyəm ki, millət vəkili olmamışdan öncə - 2004-cü ildə elmiş işi müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru adı almışam. Mən A.İsmaylovun bu cür sərsəm, öz təxəyyülünə və özünün istəyinə uyğun formada quraşdırıb sosial şəbəkədə paylaşdığı fikirlərinə təəssüf edirəm. Bir daha bildirirəm ki, A.İsmayılovun bu cür açıqlamaları və bu cür fikir payşalması bilmirəm gülməlidir, yoxsa ağlamalı. Hər halda yaxşı hal deyil, çünki mənim onunla heç vaxt hər hansı bir qərəzli qarşıdurmam olmayıb, bir-birimizin xətirinə də dəyməmişik. Amma birdən-birə o, yaşının bu vaxtında görünür ünsiyyətdə olduğu hər bir şəxs haqqında qarayaxma və böhtan atmaqla münasibətləri korlamağa çalışır. Əfsuslar olsun.
Bir sual vermək istəyirəm ki, görəsən A.İsmayılovun ailə üzvlərinə aid olan alt paltarları olan bağlamanı hansısa bir polis və gömrük əməkdaşı qanunsuz şəkildə açıb baxsaydı, onun bu məsələyə münasibəti necə olardı? Yəni mən şikayətçinin kövrələrək dediyi fikirləri deyirəm, axı biz müsəlmanıq, qız-gəlinə aid olan əşyaları açmaq Azərbaycan kişisinə yaraşmaz.
Bir də orda A.İsmayılov yazır ki, guya mənim şikayətim əsasında Respublika prokurorluğu işi alıb göndərib. Bu da tamamilə yalandır və işlə bağlı ilk növbədən Daxili İşlər Nazirliyi əməliyyat keçirmişdi və həmin bu cinayət işi də aidiyyatı üzrə də Abşeron rayon prokurorluğuna göndərildi və Bakı şəhər prokurorluğunda hər hansı bir istintaq və əməliyyat aparılmayıb. Sadəcə şikayətçilər Bakı prokurorluğuna gəldikdən sonra aidiyyatı üzrə Baş prokurorluğa və Daxili İşlər Nazirliyinə məlumat verilib və onlar da əməliyyat keçirib o adamları həbs edərək aidiyyatı üzrə təhvil veriblər. Yaxşı olar ki, A.İsmayılov bacıoğlu dediyi adamın dayısının məhs daxili işlər nazirinin müavini olduğunu qeyd eləsin və onun adını da desin. Mən hələlik istəmirəm hörmətli şəxsin adını çəkim. Amma A.İsmayılov həmişə bu cür “yağlı” işlərə çıxmağa cəhd edir və nəticə də uğrusuz olanda üstündən bir müddət keçəndən sonra özünə uyğun, təhrif olunmuş formada bu informasiyaları verir və bununla da öz reytinqini qorumağa çalışır. Çox təəssüf edirəm”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:31
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Bu gün, 09:00
Sumqayıtda oğul ata və anasını öldürüb
Bu gün, 00:01
ABŞ Fələstinin BMT-yə tam üzvlüyünə “yox” deyəcək
Dünən, 23:01
Türkiyədə üç ard-arda güclü zəlzələ olub
Dünən, 19:04
Respublika Pediatriya Mərkəzi yaradılıb
Dünən, 13:39
Məhkəmə kokain kralı ilə bağlı qərar verib
Dünən, 12:58
Süni intellektdən qoruna biləcək sahələr sadalanıb
Dünən, 11:39
Keçid balları qalxır? - Açqılama (Video)
Dünən, 10:56
Qırğızıstanda "TikTok"a giriş məhdudlaşdırılıb
Dünən, 09:03
Ağdamda minaatan qurğular tapılıb
Dünən, 08:52
Pekin Tel-Əvivə müraciət edib
Dünən, 00:03
Başlıbel qətliamından 31 il ötür
17-04-2024, 23:54
Türkiyə yeni raketini sınaqdan keçirib
17-04-2024, 21:16
İran istənilən vaxt nüvə silahı yarada bilər
17-04-2024, 15:24
Hadı Rəcəbli vəfat edib - (Yenilənib)
17-04-2024, 15:00
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
17-04-2024, 11:48
İham Əliyev baş katibi qəbul edib - Yenilənib
17-04-2024, 11:44
Hava limanının direktoru vəzifədən azad edilib
17-04-2024, 11:29
ABŞ husilərə məxus daha iki PUA-nı vurub
17-04-2024, 10:03
NATO Avropanı hibrid müharibə ilə qorxudur
17-04-2024, 09:49
Kurqanda suyun səviyyəsi təhlükəli həddə çatıb
17-04-2024, 09:45
İsrail-HƏMAS danışıqlarının donma səbəbi məlum olub
17-04-2024, 09:02
Naxçıvanda dövlət orqanlarında yoxlamalar başlayıb
16-04-2024, 17:34
Rusiyada "TikTok"un bloklanması təklif olunub
16-04-2024, 16:40
Keçmiş deputatın cinayət işi məhkəməyə göndərilib
16-04-2024, 16:23
"Tiktoker Semka" həbs olunub
16-04-2024, 16:06
Daha 56 ailə Füzuli şəhərinə köçürüləcək
16-04-2024, 15:55
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
16-04-2024, 14:20
Gəncədə şagirdlər arasında dava olub
16-04-2024, 13:58
Hərbi xidmətə çağırış davam edir - Fotolar
16-04-2024, 13:35
Həcc ziyarətinə kvota müəyyənləşib
16-04-2024, 13:10
Buraxılış imtahanının nəticələri açıqlanıb
16-04-2024, 12:42
Belarusdan Ukraynaya hücum ola bilər
16-04-2024, 12:10
Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” böyüyür
16-04-2024, 10:00
Xankəndidə yenə silah-sursat aşkarlanıb
16-04-2024, 09:30
Cəbrayılda silah-sursat tapılıb - Foto
16-04-2024, 08:36
NASA önəmli açıqlama verəcək
16-04-2024, 08:29
Xmelnitskdə partlayış səsləri eşidilir
16-04-2024, 08:24
Konqres Ukraynaya yardımı səsverməyə çıxaracaq
15-04-2024, 23:26
Qırğız prezidenti Bakıya gəlir
15-04-2024, 22:11
Keçmiş nazir və şöbə rəisi hakim qarşısına çıxarılıb
15-04-2024, 17:05
5 saylı məktəbdə iki şagirdi elektrik cərəyanı öldürüb
15-04-2024, 16:50
Naxçıvan Ali Məclisinə yeni sözçü təyin olunub
15-04-2024, 15:28
Tiktoker Adəmin atası həbs olunub
15-04-2024, 13:28
Ölkəmizdə əhalinin sayı açıqlanıb
15-04-2024, 12:44
Türkiyə ordusu daha 12 terrorçunu zərərsizləşdirib
15-04-2024, 12:17
Əfv Komissiyası toplanır - Bu tarixdə
15-04-2024, 11:12
COP29-un keçiriləcəyi yer məlum olub