16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakı-Sumqayıt yolunda iki avtobus toqquşdu: 5 yaralı var
Tarix: 08-08-2019 10:56 | Bölmə: Xəbərlər
Bakı-Sumqayıt yolunda iki avtobus toqquşdu: 5 yaralı var

Bu gün Bakı-Sumqayıt yolunda turizm şirkətlərindən birinə məxsus avtobusla 525 saylı sərnişin avtobusu toqquşub.

Reyting.az
xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb.

Bildrilib ki, bu səbəbdən yolda sıxlıq müşahidə edilib.

"Hazırda DANX-ın və Dövlət Yol Polisinin əməkdaşları hadisə yerindədirlər. İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü yağışlı havada sıxlıqdan çıxmağa cəhd edərək idarəetməni itirib və sərnişin avtobusunun sürücüsünü çaşdırıb. Nəticədə 525 saylı avtobus turizm şirkətinə məxsus avtobusa çırpılıb. Hadisə nəticəsində ölən olmayıb. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq".

Xatırladaq ki, qəza nəticəsində 5 nəfər xəsarət alıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}