Səudiyyə Ərəbistanı İranla danışıqlar aparır
Tarix: 15-08-2019 10:40 | Bölmə: Xəbərlər
Səudiyyə Ərəbistanı İranla danışıqlar aparır

“Səudiyyə Ərəbistanı səssizcə İranla danışıqlara başlayıb”.

Reyting.az
“Əl-Qüds əl-Ərəbi” nəşrinə istinadla xəbər verir ki, bu, sözügedən qəzetin məqaləsində iddia olunub.

Müəllif Hüseyn Məcdubi qeyd edir ki, Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı şiddətli hücumlarının həcmini azaldıb. Bundan başqa, Səudiyyə mediasında İrana qarşı təhqir və alçaltma ifadələri və qərəzli xəbər artıq yoxdur.

“Bəşər Əsədin istefasını tələb edən radikal Səudiyyə Ərəbistanı indi Suriya hökumətinə də yaxınlaşmağa səy göstərir. Əslində, BƏƏ kimi, rəsmi Riyad da İrana münasibətdə siyasətini dəyişdirərək diplomatik əlaqələr üçün zəmin hazırlayır və ona yaxınlaşmağa çalışır”, – deyə müəllif qeyd edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}