Nazirliyin 3,9 milyon manatlıq müqaviləsi şübhə doğurur
Tarix: 15-08-2019 11:36 | Bölmə: Xəbərlər
Nazirliyin 3,9 milyon manatlıq müqaviləsi şübhə doğurur

Kənd Təsərrüfatı Nazirliyi 12 rayonda xırda buynuzlu heyvanların qırxım məntəqələrinin və mal-qaranın çimizdirilmə qurğularının tikintisi üzrə tenderin nəticələrini elan edib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir ki, bu tenderlərin qalibi “CON-SOL GROUP” MMC-dir.

Reyting.az Azpolitika.info-ya istinadla xəbər verir ki, sözügedən tenderlər Beyləqan, Ağstafa, Ağcabədi, Tovuz, Şəmkir, Şəki Qazax, Samux, İsmayıllı, İmişli, Göygöl və Goranboy rayonlarını əhatə edir.

Onu da qeyd edək ki, tenderin qalibi ilə 3,9 milyon manatlıq müqavilələr bağlanıb. Eyni MMC-nin qalib elan edilməsi isə müəyyən şübhələrə səbəb olub.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}