Kürəkənin yandırdığı qayınananın vəziyyəti ağırdır
Tarix: 20-08-2019 11:30 | Bölmə: Xəbərlər
Kürəkənin yandırdığı qayınananın vəziyyəti ağırdır

Şəmkir rayonunda kürəkəni tərəfindən yandırılan 54 yaşlı Səltənət Məmmədovanın vəziyyəti kritik olaraq qalır.

Həkimlərin bildirdiyinə görə, yanıq xəsarətləri 4-cü dərəcəli, yəni dərin nekrozlaşmış olduğundan müalicədə hər hansı irəliləyiş əldə etmək mümkün olmur. Onun vəziyyətinin yaxşılaşdırılması istiqamətində səylər davam etdirilir.

Xatırladaq ki, hadisə 1 neçə gün öncə Şəmkirdə Sarıtəpə kəndində qeydə alınıb. Mətanət Məsimova həyat yoldaşından boşanaraq 2 yaşlı övladı ilə atası evində qalırmış. Elə yanğını da Mətanətin boşandığı şəxs törədib. Belə ki, gecə saat 3 radələrində Dəllər Cəyir kənd sakini Elmar adlı şəxs benzinlə keçmiş arvadının yatdığı otağa daxil olub və evi yandırıb. Yanğın zamanı Elmarın evdə olan 2017-ci il təvəllüdlü oğlu Nicat ölüb. Hadisədən bir gün sonra Mətanət Məsimova da xəstəxanada vəfat edib.(Qafqazinfo)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}