16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
DİN-dən sürücülərə - Xəbərdarlıq
Tarix: 22-08-2019 11:09 | Bölmə: Xəbərlər
DİN-dən sürücülərə - Xəbərdarlıq

Bakıda avtomobildən oğurluq olib.

DİN-in Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Tbilisi prospektində Bakı şəhər sakini Q.Əkbərova məxsus “Daewoo” markalı avtomobildən açıq qalmış pəncərədən girmək yolu ilə mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini F.Məmmədov saxlanılıb.

DİN bir daha vətəndaşların nəzərinə çatdırır ki, avtomobillərini park etdikdə və ya qısa müddətdə ayrıldıqda belə nəqliyyat vasitələrinin qapılarını bağlasınlar, salonda qiymətli əşyalar saxlamasınlar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}