Restoran və hotellər vergidən yayınır - Hüquqşünas
Tarix: 22-08-2019 11:35 | Bölmə: Xəbərlər
Restoran və hotellər vergidən yayınır

“Böyük biznes obyektlərinin mütləq əksəriyyəti əlavə dəyər vergisinə cəlb edilməmək üçün bizneslərini çoxsaylı şirkətlər arasında bölürlər. Elə həmin şirkətlər də normal vergi ödəmirlər”.

Reyting.az
xəbər verir ki, bunu bizimyol.info-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib.

O, deyib ki, Vergirlər Nazirliyinin keçmiş rəhbərliyi gizli iqtisadiyyata göz yumub və yeni rəhbərliyin gizli iqtisadiyyata qarşı mübarizə aparması təqdirəlayiqdir.

Ekspert hesab edir ki, “Relaks” istirahət və turizm mərkəzində nəzarət tədbirlərini həyata keçirmək üçün bura gələn Vergilər Nazirliyi əməkdaşlarının burada müqavimətlə üzləşməsinin ajiotaj yaratması müsbət haldır: “Hamının gözü qarşısında vergidən kobud şəkildə yayınmaq gülməlidir. Ümid edirik ki, gizli iqtisadiyyatla məşğul olan digər biznes obyektlərinin sahibləri bundan nəticə çıxaracaqlar.

Ümumən, dünyada vergilərin optimallaşdırılması təcrübəsi var. Yəni vergini az ödəmək üçün biznesini fərqli şəkildə təşkil etməyə çalışırlar. Vergi Məcəlləsində bu və bu kimi məsələlər nəzərə alınıb. Yəni sənin biznes strukturun açıq-aşkar biznesdən yayınmaq üçündürsə, təbii ki, bu yolverilməzdir. Vergi biznes obyektindən tutulmalıdır.

Amma bu halda görürük ki, Milli Məclisin deputatı İqbal Məmmədovun ailə üzvləri qanunun tələbini pozursa, biz ondan daha nə gözləyə bilərik? Amma “Relaks” istirahət mərkəzi ilə bağlı görülən tədbirlərdən sahibkarlar nəticə çıxaracaqlar, onlar qanunun tələblərinə əməl edəcəklər”.

Hüquqşünas deyib ki, əksər restoranlar və hotellər “Relaks” kimi işləyirlər: “Onlar da gizli iqtisadiyyatla məşğuldurlar. Əksər restoran və hotellər əlavə dəyər vergisinə cəlb edilməmək üçün bizneslərini çoxsaylı şirkətlər arasında bölüblər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}