Bakıda 3 təkər oğrusu tutuldu
Tarix: 22-08-2019 12:20 | Bölmə: Xəbərlər
Bakıda 3 təkər oğrusu tutuldu

Binəqədi rayonu ərazisindəki mağazaların birindən 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, hadisə avqustun 20-də baş verib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 20 000 manat dəyərində 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Rəhimov, X.Sadıqov və Ağstafa rayon sakini M.Əliyev saxlanılıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}