16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Təhsil Nazirliyində 147 vakant vəzifə var
Tarix: 22-08-2019 14:57 | Bölmə: Xəbərlər
Təhsil Nazirliyində 147 vakant vəzifə var

Ümumilikdə 41 dövlət orqanında 457 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.

Reyting.az
DİM-in saytına istinadla xəbər verir ki, avqustun 22-si saat 14:45-ə olan göstəricilərə əsasən, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1011 nəfər ərizə verib.

Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (147 vəzifə) tərəfindən çıxarılıb.

Sənəd qəbulu sentyabrın 2-də başa çatacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}