Sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edildi
Tarix: 23-08-2019 12:38 | Bölmə: Xəbərlər
Sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edildi

Bakı şəhər Baş Polis İdarəsi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Reyting.az
-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırıb ki, şəbəkə istifadəçiləri tərəfindən “Bakı şəhər Baş Polis İdarəsi” səhifəsində paylaşılan məlumatlara şərhlərin yazılması ilə bağlı heç bir məhdudiyyət tətbiq olunmur:

“İctimai əlaqələrin dərinləşməsi və genişlənməsi üçün fəaliyyəti təşkil olunan rəsmi səhifədə izləyicilərin şərhləri, verdiyi suallar operativ cavablandırılır. Lakin açıq səhifədə verilən suallara cavab verildikdən sonra sualın məzmunu “redaktə” olunur, verilən cavab kontekstdən çıxarılır. Bu, virtual təxribatdır”.

E. Hacıyev xahiş edib ki, belə hallara yol verməsinlər: "Bunu edənlərin məqsədləri məlumdur. Əlavə şərh etmədən onlara tövsiyə edirik ki, bu əməl ictimai fikri çaşdırmağa yönələn növbəti cəhddir. Belə şərhələr və suallar səhifə admini tərəfindən xəbərdarlıq edilmədən silinəcəkdir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}