Misirin “Balaca firon”u nəhəng saray tikdirib
Tarix: 14-09-2019 15:21 | Bölmə: Xəbərlər
Misirin “Balaca firon”u nəhəng saray tikdirib

Misir prezidentinin iqamətgahı olacaq Böyük Sarayın görüntüləri yayımlanıb.

Reyting.az
"əl-Cəzirə”yə istinadla xəbər verir ki, Saray Qahirənin yeni inzibati rayonunda yerləşir və ümumən 50 min kv/metr sahəni tutur.

Müqayisə üçün qeyd edək ki, Ağ Evin sahəsi cəmi 5 min kv/m-dir.

Sarayın ümumi dəyəri 2,25 milyard funt sterlinqdir.

Son günlərdə misirli aktyor və prodüser Məhəmməd Əli sosial mediada Əbdülfəttah Sisini yersiz dəbdəbəyə görə xeyli tənqid edib. O, prezidenti “Misirin balaca fironu" adlandıraraq iqtidara qarşı sərt ittiham irəli sürüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}