Boltonun çıxarıldığı vəzifəyə nəmizədlər irəli sürülüb
Tarix: 18-09-2019 10:37 | Bölmə: Xəbərlər
Boltonun çıxarıldığı vəzifəyə nəmizədlər irəli sürülüb

Sentyabrın 17-də ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik müşaviri postuna beş mümkün namizədin adını çəkib.

Onlardan dördü vaxtilə Milli Təhlükəsizlik Şurasında çalışıb.

Təyyarədə jurnalistlərə danışan Tramp milli təhlükəsizlik müşavirinin keçmiş müavini Riki Vaddellin, hazırda Vitse-prezident Mayk Pensin, təhlükəsizlik müşaviri kimi çalışan Keyt Kelloqun adlarını çəkib.

Girovlar üzrə təmsilçi, Respublikaçı partiyasında xarici siyasət veteranı Robert O’Brien daha bir mümkün namizəddir.

Trampın sayca üçüncü milli təhlükəsizlik müşaviri Con Bolton ötən həftə işdən çıxarılıb.

Vaxtilə Mərkəzi Kəşfiyyat İdarəsində çalışmış, Milli Təhlükəsizlik Şurasının icraçı katibi olmuş Fleytz daha bir potensial namizəddir. O, İranı tənqid edir, İslam dini üzrə sərt fikirləri ilə fərqlənir.

Digər mümkün namizəd isə Enerji Departamentində nüvə təhlükəsizliyi üzrə katib köməkçisi Lisa Gordon-Hagertidir. O da Milli Təhlükəsizlik Şurasında işləyib.

Milli təhlükəsizlik müşavirlərini Senat təsdiqləmir. Onlar müdafiə, təhlükəsizlik, diplomatiya məsələləri üzrə məsləhət verirlər.

Ağ evin sözçüsü Stefani Grişam sonradan deyib ki, Trampın verdiyi tam siyahı deyil.(azadliq.org)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}