Səfir Bakıda qəzaya düşüb
Tarix: 11-10-2019 16:48 | Bölmə: Xəbərlər
Səfir Bakıda qəzaya düşüb

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Bakıda avtomobil qəzasına düşüb.

Hadisə şəhərin mərkəzində, Səbail rayonu ərazisində baş verib.

Məlumata görə, 58 yaşlı səfirin sürdüyü BMW marakı avtomobil Şükür Soltanovun idarə etdiyi "Toyota" ilə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Səfirin idarə etdiyi avtomobil Meksika səfirliyinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}