16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Mossad” şefi: “General Süleymaniyə qəsd edə bilərik”
Tarix: 11-10-2019 21:45 | Bölmə: Xəbərlər
“Mossad” şefi: “General Süleymaniyə qəsd edə bilərik”

“Qasim Süleymani qətlə yetirilməsinin mümkün olduğunu bilir”.

Reyting.az
“Mishpacha” qəzetinə istinadla xəbər verir ki, bunu “Mossad” şefi Yossi Koen bildirib.

İsrailin ultraortodoks nəşrinə müsahibəsində Yossi Koen general Qasim Süleymaninin 2006-cı ildə Livan müharibəsi əsnasında Beyrutda “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahla birlikdə hədəfə alınması iddiasını şərh edib.

"O, “Mossad”ın sui-qəsd hədəflərinin nüfuzlu siyahısına salınacaq. Çox yaxşı bilir ki, sui-qəsd mümkündür. Onun hərəkətləri hər yerdə müəyyənləşdirilir və hiss olunur... Şübhə yoxdur ki, qurduğu infrastruktur İsrail üçün ciddi problem yaradır".

“Hizbullah” liderinə gəlincə, Koen bildirib ki, Şeyx Həsən Nəsrullah da asan hədəfdir. Lakin “Mossad” şefi İsrailin niyə hələ də bunu etmədiyi barədə suala cavab verməyib.

“İsrail İranla qarşıdurmada maraqlı deyil... İsrailin ancaq bir marağı var: İranın hərbi nüvə qabiliyyətinə sahib olmasının qarşısını almaq. Rejimin dağılmasını istəyirik, nüvə alimlərindən qisas alınmasını və Tehrandakı bazaları bombalamasını deyil. Sonda İsrail İranı masaya gətirmək və sonra hərbi nüvə qabiliyyətinin istənilən variantını bağlayan bir razılaşma əldə etmək istəyir".

O, İranın hazırda “real təhlükə” olmadığını söyləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}