16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sabahın hava proqnozu açıqlandı
Tarix: 13-10-2019 13:44 | Bölmə: Xəbərlər
Sabahın hava proqnozu açıqlandı

Oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Reyting.az
ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 15-18°, gündüz 23-26° isti, Bakıda gecə 16-18°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunundan 770 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 25-30° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}