Tanınmış jurnalist dünyasını dəyişib
Tarix: 13-10-2019 23:58 | Bölmə: Xəbərlər
Tanınmış jurnalist dünyasını dəyişib

Tanınmış jurnalist, "Strateq.az" saytının əməkdaşı Fərzuq Seyidbəyli dünyasını dəyişib.

Reyting.az
-ın məlumatına görə, F. Seyidbəyli bu gün axşam saatlarında vəfat edib.

Qeyd edək ki, F.Seyidbəyli 8 avqust 1958-ci ildə Naxçıvan MR Şahbuz rayonunun Kolanı kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Milli azadlıq hərəkatının fəallarından və Naxçıvan Xalq Cəbhəsinin yaradıcılarından olub. Turan İnformasiya Agentliyinin və ANS telekanalının Naxçıvan üzrə bölgə müxbiri olub. Eyni zamanda peşəkar tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. Son illər şəkər xəstəliyindən əziyyət çəkirdi, hər iki ayağı amputasiya olunmuşdu.

F.Seyidbəyli sabah saat 13.30-da Mehdiabad qəbiristanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}