17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bu il terrorçular 9 mindən artıq insanı öldürüb
Tarix: 14-10-2019 08:32 | Bölmə: Xəbərlər
Bu il terrorçular 9 mindən artıq insanı öldürüb

Dünyanın müxtəlif yerlərində bu il törədilmiş ən böyük terror aktları nəticəsində 9 mindən artıq insan həlak olub.

"RİA Novosti"nin məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katib müavini Yuri Kokov deyib.

Y. Kokov bildirib: "2018-2019-cu illərdə 70-ə yaxın ölkədə 5 mindən artıq rezonans terror aktları baş verib. Bu terror aktları təxminən 30 min insana toxunub".

Y. Kokov qeyd edib ki, bu il yalnız 2 min terror aktı nəticəsində 9 mindən artıq insan həlak olub, 11 mindən artıq insan isə xəsarət alıb.

Onun sözlərinə görə, terrorçuların əsas hədəfləri terrorçuluqla mübarizəyə ən çox töhfə verən ölkələrdir.(Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}