16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Fransa hərbçilərini Suriyadan çıxarır - Foto
Tarix: 14-10-2019 17:41 | Bölmə: Xəbərlər
Fransa hərbçilərini Suriyadan çıxarır

Fransanın Suriyada YPG ilə müttəfiqlik edən ordusu bu ölkədən çıxarılır.

Reyting.az
xəbər verir ki, Türkiyənin Suriyada həyata keçirdiyi “Sülh Bulağı” əməliyyatına qarşı çıxan Fransa kritik qərar verib.

Xatırladaq ki, rəsmi Paris Suriyada xidmət edən əsgərlərinin təhlükəsizliyi üçün bir sıra addımlar atacağını elan etmişdi.

Prezident Makron dünən axşam Almaniya Kansleri Angela Merkellə müzakirələrdən sonra Yenisey Sarayında Fransa Təhlükəsizlik Şurasının toplantısı keçirilmiş, toplantıdan sonra qəbul olunan qərarlarla bağlı açıqlama verilmişdi.

“Sülh Bulağı” əməliyyatını qınayan və onun dərhal dayandırılması çağırışını edən Fransa hər cür tədbirlər atacağını və Suriyadakı əsgərlərini qoruyacağını elan etmişdi. Amma əsgərlərin hansı tədbirlər sayəsində qorunacağı konkret açıqlanmadı.

Amma “Röyter” Agentliyinə açıqlama verən fransız diplomatı ötən həftənin çərşənbə günündən Fransız ordusunun Suriyada olan xüsusi təyinatlılarının geri çəkilməsi üçün hazırlıqlar görüldüyünü söyləyib.

Fransa xarici işlər nazirir Le Drian Lüksenmburqda toplaşan Avropa Birliyi Xarici işlər nazirlərinin toplantısında ABŞ liderliyində anti-İŞİD koalisiyasının təcili toplantısını keçirməyi təklif edib .

Son məlumatlara görə, Suriyada Fransanın terror təşkilatı SDG ilə birlikdə fəaliyyət göstərən bir neçə yüz hərbçisi var.

Fransa hərbçilərini Suriyadan çıxarır

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}