Nazir müavini: "Əgər direktor acizdirsə, onda..."
Tarix: 15-10-2019 15:29 | Bölmə: Xəbərlər
Nazir müavini: "Əgər direktor acizdirsə, onda..."

"Şagirdlərin elektron yerdəyişməsi sistemi bizə imkan verir ki, onların yerdəyişmə etdiyi məktəbi görək. Əgər direktor şagirdlərin məktəbə, təhsilə cəlb edilməsində acizdirsə, onda biz nədən danışa bilərik?"

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

M.Vəliyevanın sözlərinə görə, əgər hər hansı məktəb direktoru üzərinə məsuliyyət götürərək şəhərin lisey-gimnaziyasının XI sinif şagirdini qəbul edirsə, başa düşməlidir ki, istənilən vaxt kimsə məktəb qapısını açaraq məhz o şagirdin sinifdə olub-olmadığını yoxlaya bilər.

"İstənilən məktəb direktoru yeni gələn şagirdə sual verib öyrənir ki, niyə yaxşı məktəbi qoyub bura gəlib. Amma o sualın arxasında hansı cavabın dayandığını bilmir. Əgər bir məktəbin X-XI siniflərində şagird sayı ciddi şəkildə azalırsa, demək o məktəbin direktoru şagirdlərinə deyir ki, sizin üçün hər hansı şərait yaradılmayacaq. Çünki bunun başqa səbəbi yoxdur. Məktəbin yaxşı oxuyan şagirdi ucqar bir məktəbə gedirsə, demək onun əvvəl oxuduğu məktəbin direktoruna təşəkkür düşür, hətta onun göstəriciləri aşağı düşsə, şagird kontingenti azalsa belə o direktora təşəkkür etmək lazımdır ki, o, işini tələblərə uyğun qurur"- deyə nazir müavini əlavə edib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}