14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı
Tarix: 15-10-2019 16:20 | Bölmə: Xəbərlər
Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

Sabiq bankir Cahangir Hacıyevin bacanağı azadlığa buraxılıb.

Reyting.az
Musavat.com-a istinadən xəbər verir ki, Beynəlxalq Bank işinə görə həbs edilən İsmayıl Hidayətzadə bir neçə gün əvvəl azadlığa çıxıb.

Xatırladaq ki, İsmayıl Hidayətzadə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və sabiq deputat Dünyamin Xəlilovla birlikdə müttəhimlər kürsüsünə çıxarılırdı.

Məhkəmə Dünyamin Xəlilova 14 il 6 ay, Cahangir Hacıyevə 17 il, İsmayıl Hidayətzadəyə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdi. Onun barəsində ilk hökm 2015-ci ildə çıxarılmış, cəzası da həmin gündən hesablanırdı.

İsmayıl Hidayətzadə Cahangir Hacıyevin bacanağıdır. O, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru vəzifəsində işləyərkən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin daha əvvəlki hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmiş, Apellyasiya Məhkəməsi isə onun cəzasını 5 ilə endirilmişdi. Növbəti cinayət işi üzrə məhkəmə iclasında isə cəzası qəti olaraq 5 il 6 ay olaraq müəyyən edilmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}