DİN Bakıda arvadını və bibisini yandıran şəxslə bağlı xəbər yaydı
Tarix: 17-10-2019 12:59 | Bölmə: Xəbərlər
DİN Bakıda arvadını və bibisini yandıran şəxslə bağlı xəbər yaydı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda keçmiş arvadını və qayınanasını öldürərək yandıran şəxslə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, oktyabrın 16-da Binəqədi rayonu ərazisində Təranə İsmayılovanın yaşadığı evə gələn keçmiş əri, əvvəllər məhkum olunmuş V.Hüseynov münaqişə zəminində onu və orada olan bibisi Luiza İsmayılovanı bıçaqla qətlə yetirib, evi isə yandırıb.

V.Hüseynov sonra "Azadlıq" prospektində özünü avtobusun altına atıb.

Polis əməkdaşlarının nəzarəti altında V.Hüseynov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}