17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ölkədə işsizlərin sayı artıb - Statistika
Tarix: 18-10-2019 11:12 | Bölmə: Xəbərlər
Ölkədə işsizlərin sayı artıb

Bu il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 195,3 min nəfər olub ki, onlardan 4 943,6 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə həm iqtisadi fəal, həm də məşğul əhalinin sayı 1,1 faiz artıb.

Oktyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 74,1 min nəfər olub, onların 35,4 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 296,6 manat olub.

“APA-Economics”in apardığı hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə rəsmi işsiz statusuna malik şəxslərin sayı 2,1 dəfə, işsizlikdən sığorta ödənişinin orta məbləği isə 86 manat və ya 40,8 faiz artıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}