Deputat Musa Quliyev: “Gənc kadrlar irəli çəkiləcək”
Tarix: 18-10-2019 16:40 | Bölmə: Xəbərlər
Deputat Musa Quliyev: “Gənc kadrlar irəli çəkiləcək”

“Prezidentin iqtisadi məsələlərlə bağlı keçirdiyi müşavirədə aktual məsələlər müzakirə edildi, əldə edilən iqtisadi inkişafın nəticələri və perspektivi diqqət mərkəzinə gətirildi. Cənab Prezident geniş nitqlə çıxış etdi və konkret istiqamətləri göstərdi”.

Bunu Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Musa Quluyev Reyting.az-a Prezident İlham Əliyevin bir neçə gün əvvəl hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə keçirdiyi müşavirə haqqında danışarkən deyib.

O, xatırladıb ki, Prezidentin vergi sistemi ilə bağlı dedikləri xüsusi əhəmiyyət kəsb edir: “Cənab Prezident bildirdi ki, hər bir sahibkar həm də vətəndaş mövqeyindən çıxış etməli, üzərinə düşəni həyata keçirməli və vergiləri vaxtlı-vaxtında verməlidir. Nəzərə alınmalıdır ki, həkimlər, müəllimlər, büdcədən maliyyəşən insanlar əmək haqlarını məhz vergilərdən toplanan vəsait hesabına alırlar. Eləcə də orduya lazım olan təminatlar həyata keçirilir.

Eyni zamanda Prezident qeyd etdi ki, vergi yığılmasında əvvəlki illərdə nöqsanlar buraxılıb. O zaman müəyyən qanun pozuntuları olub. Amma son illər bu sahədə görülən işlər sayəsində vergidən daxil olmalar 100 milyon manata qədər artıb. Prezident haqlı olaraq qeyd etdi ki, hər bir şəxs vergi qanuna tabe olmalı, vergi ödəməlidir. Əgər fərqli yollara əl atarsa, Avropa ölkələrində olduğu kimi, inzibati və fərdi qaydada sərt cəzalandırılmalıdır. Fikrimcə, bu, haqlı və düzgün mövqedir”.

Musa Quliyev əlavə edib ki, müşavirədə diqqət çəkən məqamlardan biri də Prezidentin gənc kardların irəli çəkilməsi haqda fikirləri olub: “Prezident Baş nazirə göstəriş və tövsiyələrini verdi, habelə qeyd etdi ki, kadrlar irəli çəkilərkən onların gənc, savadlı, peşəkar olmasına diqqət yetirilməlidir. Əslində son iki ilin təcrübəsi göstərir ki, cənab Prezident tərəfindən nazir, nazir müavini və idarə rəisi vəzifəsinə irəli çəkilən gənc insanlar etimadı doğruldurlar, uğurla islahatlar aparırlar. Beləcə, cənab Prezidentin qarşısına qoyduğu yeni vəzifə və müddəaları yerinə yetirirlər və Azərbaycan dövlətinin müasirləşməsində öz xidmətlərini göstərirlər. Düşünürəm ki, bundan sonra da gənclərin önə çəkilməsinə önəm veriləcək, daha kreativ ideyaların, müasir düşüncə tərzli insanların irəli çəkilməsi üçün məqsədilı addımlar atılacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}