16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıda 8 binanın sakinləri köçürülür - Səbəb
Tarix: 21-10-2019 09:50 | Bölmə: Xəbərlər
Bakıda 8 binanın sakinləri köçürülür

Bakının Sabunçu rayonunda qəzalı vəziyyətdə olan 8 yaşayış binasında sakinlərin köçürülməsinə başlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər.

Məlumata görə, həmin binaların istismar müddəti başa çatıb və komissiya tərəfindən istifadəyə yararsız hesab edilib. Buna görə də həmin binadakı ailələrin köçürülməsinə start verilib. Yaxın vaxtlarda köçürülmə prosesi başa çatacaq və həmin binalar söküləcək.

Qeyd edilir ki, söküləcək yaşayış binaları Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6, Sabunçu qəsəbəsində A. Əsədullayev küçəsi, 27, M. Rəsulzadə dalan 3, ev 2, B. Bünyatov küçəsi, 7A, 2 Aprel küçəsi, ev 8A, 2 Aprel küçəsi, ev 18, D. Pişəvari küçəsi, 13Q və D. Pişəvari küçəsi, 15 ünvanlarında yerləşir.(Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}