Məhkəmənin hökmündən narazılıq yaranıb - Müraciət
Tarix: 21-10-2019 11:39 | Bölmə: Xəbərlər
Məhkəmənin hökmündən narazılıq yaranıb

Göygöl rayonunun Çaylı kəndində yaşayan Rəhman Qoşqar oğlu Nəcəfov məhkəmədə qarşılaşdığı qanunsuzluqla bağlı Prezident İlham Əliyevə müraciət edib.

R. Nəcəfovun müraciətinə səbəb Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində zərərçəkmiş şəxs kimi pozulmuş hüquqları ilə əlaqədardır.

Müraciəti olduğu kimi təqdim edirik:

“Möhtərəm Prezident! Sizə müraciət etməyimin səbəbi Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində zərərçəkmiş şəxs kimi pozulmuş hüquqlarımla bağlıdır. Bir daha diqqətinizə çatdırıram ki, eyni məzmunlu ərizə ilə Sizə 23.09.2019-cu il tarixdə müraciət etsəm də, aradan bir ay müddət keçməsinə baxmayaraq, şikayətimə baxılmamış və bu barədə mənə ümumiyyətlə məlumat verilməmişdir. Bir daha diqqətinizə çatdırıram ki, mənə dəymiş 20.000 manat, digər zərərçəkmiş şəxs Məmmədov Rauf Nəriman oğluna dəymiş 19.300 manat maddi zərərin ödənilməməsinə, mən və digər zərərçəkmiş R. Məmmədov təqsirləndirilən şəxsdən şikayətçi olmağımıza baxmayaraq, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Cavid Tağıyev 1(043)-109/2019 saylı 02 sentyabr 2019-cu il tarixli hökmü ilə Əliyeva Mehriban Sadıx qızını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edərək təyin edilmiş cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə cəzanı 2 il sınaq müddəti təyin etməklə şərti olaraq tətbiq etmişdir.

Hökmə əsasən Əliyeva Mehriban Sadıx qızı ona görə təqsirli bilinib ki, о, özgənin əmlakını qəsdən məhvetmə və zədələmə məqsədi ilə, aralarında əvvəlcədən borc mübahisəsi olan tanışı Məmmədova Sevda Çilingir qızına maddi zərər vurmaq məqsədi ilə 14.01.2019-cu il tarixdə saat, 21:30-da Sevda Məmmədovanın icarə əsasında geyim əşyaları satdığı Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Azərbaycan Bayrağı küçəsinin şimal-qərb tərəfində yerləşən Nəcəfov Rəhman Qoşqar oğluna məxsus 62.0 kv.m sahədən ibarət "Atabəy" adlanan mağazanın qarşısına gələrək özü ilə gətirdiyi nefti mağazanın giriş qapısının önünə və üzərinə dağıdıb alışqanla od vurub yandıraraq mağazanın girişində baş vermiş yanğın mağazanın içərisinə yayılaraq obyektin konstruksiyalarını yararsız hala salmaqla Rəhman Nəcəfova 20 min manat dəyərində həmçinin, mağazanın içərisində satışda olan Məmmədov Rauf Nəriman oğluna məxsus ümumi dəyəri 19.300 manat olan geyim əşyalarını yandırıb yararsız hala salmaqla xeyli miqdarda, Məmmədova Xumar Məhərrəm qızına məxsus ümumi dəyəri 8404 manat olan geyim əşyalarını yandırıb yararsız hala salmaqla, xeyli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmişdir.

Göründüyü kimi, məhkəmə cəmiyyət üçün təhlükəli, heç bir səbəb olmadan aidiyyatı olmayan vətəndaşlara açıq-aşkar ziyan vuran və gələcəkdə də bu cür cinayətlər törətməsi istisna edilməyən şəxsi müdafiə edərək bir növ ona törətdiyi əmələ görə haqq qazandırmışdır. Şərti cəzanı alan M. Əliyeva məhkəmədən kənara çıxan kimi bizə zərəri ödəməyəcəyini və məhkəmələrə pul verərək azadlıqda qalacağını bildirdi.

Yuxarıda göstərdiklərimdən də göründüyü kimi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Cavid Tağıyev mənim hüquqlarımı kobud şəkildə pozmuşdur. Nəzərinizə çatdırıram ki, Kəpəz Rayon Məhkəməsinin 1(043)-109/2019 saylı 02 sentyabr 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermişəm və iş Gəncə Apellyasiya Məhkəməsinin hakimi Şamil Rzaquliyevin icraatındadır. İş üzrə ilkin baxış iclası 17.10.2019-cu il tarixdə baxılmış və məhkəmə baxış iclası 01 noyabr 2019-cu il tarixə təyin edilmişdir. Sizdən xahiş edirəm ki, apellyasiya şikayətimin qanunauyğun baxılması və cəmiyyət üçün təhlükəli olan cinayətkarın təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəza ilə cəzalandırılması üçün apellyasiya şikayətimin təmin edilməsinə və təqsirləndirilən şəxsin rüşvət verərək azadlıqda qalmasının qarşısını alasınız".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}