11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Ağır yol-nəqliyyat hadisəsi baş verib - Ölən var
Tarix: 10-11-2019 00:07 | Bölmə: Xəbərlər
Ağır yol-nəqliyyat hadisəsi baş verib

Saatlı rayonunun Musalı kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, “VAZ 2106” markalı avtomobillə “QAZ 31” markalı maşının toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Onlardan biri Travmatologiya, digəri isə Reanimasiya şöbəsinə köçürülüb.

Qəza nəticəsində ölən şəxs Saatlı rayonu Nərimankənd kənd sakini 1973-cü il təvəllüdlü Natiq Əliyevdir.

Xəsarət alanlar isə Saatlı rayonu Nərimankənd kənd sakinləri - 1998-ci il təvəllüdlü Əliyev Vüsal Fikrəddin oğlu və 1973-cü il təvəllüdlü Əliyev Hafiz Əlimuxtar oğludur.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}