16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ramiz Mehdiyev şöbə müdiri təyin edib - Dəyişiklik
Tarix: 12-11-2019 16:41 | Bölmə: Xəbərlər
Ramiz Mehdiyev şöbə müdiri təyin edib

AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə yeni müdir təyin olunub.

Reyting.az
xəbər verir ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən, sözügedən vəzifə Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürova həvalə edilib.

A. Şükürov bu gün akademiyanın əsas binasında keçirilən tədbirdə kollektivə təqdim olunub.

Qeyd edək ki, AMEA-da struktur dəyişikliyi də aparılıb.

Reyting.az Report-a istinadla xəbər verir ki, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin imzaladığı sərəncamla Rəyasət Heyəti Aparatının Mətbuat və informasiya idarəsi ləğv olunub. Onun yerinə İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi yaradılıb.

Eyni zamanda, Mətbuat və informasiya idarəsinin tabeliyində olan şöbələr də ləğv olunaraq onların yerinə sektor yaradılıb.

Məlumata görə, struktur islahatları bundan sonra da davam edəcək və AMEA-nın Rəyasət Heyəti Aparatının digər idarələri ləğv olunaraq şöbə, şöbələrin isə ləğv olunaraq sektor yaradılması gözlənilir.

Onu da qeyd edək ki, AMEA-nın Mətbuat və informasiya idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev vəzifəsindən azad olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}