17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bakı-Horadiz yolunda avtomobil qatarla toqquşub
Tarix: 12-11-2019 21:14 | Bölmə: Xəbərlər
Bakı-Horadiz yolunda avtomobil qatarla toqquşub

İmişli rayonu ərazisində minik avtomobili qatarla toqquşub.

Reyting.az
xəbər verir ki, hadisə bu gün rayonunun ərazisindən keçən Bakı-Horadiz dəmir yol xəttinin 127-ci mənzilində baş verib.

Rayonun Yalavac kənd ərazisində dəmir yol xətti ilə avtomobil yolunun kəsişdiyi keçiddə rayon sakini Niyazəliyev Bayraməli Tofiq oğlunun idarə etdiyi 30-BD-375 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobili qatar vurub. Qəza nəticəsində xəsarət alan olmasa da, minik avtomobili yararsız hala düşüb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.(Oxu.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}