Nazir iki direktoru vəzifədən azad edib - Səbəb
Tarix: 13-11-2019 11:28 | Bölmə: Xəbərlər
Nazir iki direktoru vəzifədən azad edib

Kənd Təsərrüfatı naziri İnam Kərimov daha iki Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktorunu vəzifəsindən azad edib.

Reyting.az
Oxu.Az-a istinadla xəbər verir ki, nazirin imzaladığı əmrə əsasən, Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları vəzifələrindən azad olunublar.

Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar. Onların yerinə təyinat yoxdur.

Kənd Təsərrüfatı Nazirliyindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, bundan əvvəl Kürdəmir və İsmayıllı Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları da işdən azad ediliblər.

Ötən ay Elşən Cəbrayılov Kürdəmir DAİM-in, Rövşən Yəhyayev isə İsmayıllı DAİM-in direktoru vəzifələrinə təyinat alıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}