Liberal Partiya ölkə baçısına müraciət etdi - Səbəb
Tarix: 13-11-2019 14:08 | Bölmə: Xəbərlər
Liberal Partiya ölkə baçısına müraciət etdi

“Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublundan inzibati cəzaçəkmə müəssisəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən siyasi mübarizədən çəkilmək tələb edilmiş, əks təqdirdə işgəncələrə məruz qalacağı ilə təhdid edilmişdir”.

Reyting.az
xəbər verir ki, bu sözlər Azərbaycan Liberal Partiyasının (ALP) bəyanatında əks olunub.

ALP bəyan edir ki, bütün vətəndaşlara, xüsusən, şüurlu həyatını Azərbaycan davasına həsr etmiş, işğalçı Hayastanın silahlı qüvvələrinə qarşı döyüşlərdə könüllü iştirak etmiş cəsur qaziyə qarşı bu cür polis özbaşınalığı yolverilməzdir.

“ALP bu özbaşınalığı qətiyyətlə pisləyir və Azərbaycan rəhbərliyini bu özbaşınalığı törədənlərin dərhal qanun qarşısında məsuliyyətə cəlb edilməsi üçün təcili addımlar atmağa çağırır”,- deyə bayantda qeyd olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}