16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Görkəmli yazıçının nəticəsi Azərbaycana gəlib - Foto
Tarix: 18-11-2019 10:51 | Bölmə: Xəbərlər
Görkəmli yazıçının nəticəsi Azərbaycana gəlib

Görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana gəliblər.

Onları Bakıya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvət edib.

Martin və Pşemislav Cavanşiri noyabrın 18-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil qoyublar, xatirəsini ehtiramla anıblar.

Daha sonra Fəxri xiyabanda babaları Cəlil Məmmədquluzadənin və nənələri Həmidə Cavanşirinin məzarını ziyarət ediblər.

Ziyarətdən sonra onlar C. Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılışında iştirak edəcəklər.

Qeyd edək ki, Cəlil Məmmədquluzadə şəcərəsinin nümayəndələri ilk dəfədir doğma Vətənə gəliblər.(Report)
Görkəmli yazıçının nəticəsi Azərbaycana gəlib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}