Əli Əsədov mətbuat katibini işdən çıxardı
Tarix: 19-11-2019 12:45 | Bölmə: Xəbərlər
 Əli Əsədov mətbuat katibini işdən çıxardı

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Ayaz Mirzəyev vəzifəsindən çıxarılıb.

Reyting.az
xəbər verir ki, bu barədə o, sosial şəbəkədə açıqlama yayıb.

Bildirib ki, bu gündən etibarən Nazirlər Kabineti Aparatında tutduğu mətbuat xidməti vəzifəsindən ayrılıb:

"Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəribaşdan uğurlar diləyirəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}