14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Heyvanlar arasında qorxulu xəstəlik yayılıb - Fotolar
Tarix: 19-11-2019 15:49 | Bölmə: Xəbərlər
Heyvanlar arasında qorxulu xəstəlik yayılıb

Göyçay rayonunda itlər və inəklər arasında xəstəlik yayılıb.

Reyting.az
-ın "Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, xəstəlik rayonun Yekəxana kəndindəki heyvanlarda qeydə alınıb.

Kənd sakinləri bildiriblər ki, xəstəliyə yoluxan itlər bir gün sonra tələf olur. Eyni problem inəklər arasında da ölümlə nəticələnir.

Məlumata görə, xəstə inəklərə tibbi yardım göstərilməsinə baxmayaraq, onları sağaltmaq mümkün olmur.

Sakinlər bildirir ki, hər il Yekəxana kəndində vətəndaşlar arasında da bir neçə nəfər bruselyoz xəstəliyinə yoluxur.

Rayonun Bığır kəndində də vətəndaşlara məxsus fərdi təsərrüfatda iribuynuzlu heyvanlardakı xəstəliyin sakinləri çətin vəziyyətlə üzləşdirdiyi bildirilir.

Qeyd olunur ki, yaranmış vəziyyət barədə Kənd Təsərrüfatı Nazirliyinə məlumat verilib və qurum tərəfindən kəndlərə əməkdaşlar göndərilib.

Heyvanlar arasında qorxulu xəstəlik yayılıbHeyvanlar arasında qorxulu xəstəlik yayılıbHeyvanlar arasında qorxulu xəstəlik yayılıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}