17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
"MTN işi"ndə həbs edilən rəis müavini azadlığa çıxıb
Tarix: 21-11-2019 12:31 | Bölmə: Xəbərlər
 "MTN işi"ndə həbs edilən rəis müavini azadlığa çıxıb

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla birgə həbs edilən keçmiş şöbə rəisinin müavini Orxan Osmanov azadlığa buraxılıb.

Orxan Osmanova verilən cəza müddəti başa çatdığı üçün, o, saxlandığı cəzaçəkmə müəssisəsindən sərbəst buraxılıb.

Qeyd edək ki, Akif Çovdarov və digərləri 2015-ci ildə həbs olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisinin müavini olmuş kapitan Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.

Ali Məhkəmədə Akif Əliyevin 5 il azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib. O da cəza müddəti başa çatdıqdan azadlığa çıxıb.

Akif Çovdarov və digərləri kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}