07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
10 şadlıq sarayına məhdudiyyət tətbiq olunub - Səbəb
Tarix: 22-11-2019 11:52 | Bölmə: Xəbərlər
10 şadlıq sarayına məhdudiyyət tətbiq olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri şadlıq saraylarında və restoranlarda havaya tüstünün və iy-qoxunun yayılması ilə bağlı təkrar monitorinq keçiriblər.

Reyting.az
-ın məlumatına görə, monitorinq zamanı paytaxtın Binəqədi, Nizami, Xətai və Sabunçu rayonlarında fəaliyyət göstərən “Amor”, “Mələk Palace”, “Grace Hall”, “Ayla”, “Monte Karlo”, “Madonna”, “Al saray”, “Səbinə”, “Həyat Hall” və “Piano” şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub.

ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, adıçəkilən obyekt sahibləri barəsində protokollar tərtib edilib və obyektlərdəki manqalların istifadəsinin məhdudlaşdırılması üçün qərar çıxarılıb:

"Qərarın icrasının təmin olunması məqsədilə sənədlər icra və probasiya şöbələrinə göndərilib".

İ. İbrahimovanın sözlərinə görə, əksər obyekt sahibləri elə hesab edir ki, təmizləyici qurğu quraşdırmaqla iş bitir, qurğuların filtrlərinin vaxtaşırı dəyişdirilməsinə əhəmiyyət vermir:
"Bundan sonra havanı çirkləndirən belə iaşə obyektlərində manqalların istifadəsinə məhdudiyyət qoyulacaq. Araşdırma və monitorinqlər davam etdirilir".





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}