07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Azərbaycanda iki qanun ləğv edilib
Tarix: 03-12-2019 12:19 | Bölmə: Xəbərlər
Azərbaycanda iki qanun ləğv edilib

“İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların ləğv edilməsi barədə qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq.

Reyting.az
-ın məlumatına görə, layihənin qeyd hissəsində bildirilib ki, “Tibbi sığorta haqqında”, "İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda nəzərdə tutulmuş sığorta haqqından ayırmaların icbari tibbi sığortanın maliyyə mənbələri sırasından çıxarılması təklif edilir.

“Tibbi sığorta haqqında” qanunda yuxarıda qeyd olunan dəyişikliklər təklif edildiyindən adıçəkilən qanunların ləğvi nəzərdə tutulur.

Sənəd parlamentin bu gün keçirilən iclasında səsverməyə çıxarılaraq qəbul edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}